Bakı – APA. Mexiko şəhərində dünya şöhrətli dirijor və violonçel ifaçısı, Qəbələ şəhərində keçirilmiş IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri olmuş Dmitri Yablonskinin rəhbərliyi altında və maestronun anası, məşhur pianoçu Oksana Yablonskayanın solo ifası ilə Meksika Milli Muxtar Universitetinin (UNAM) simfonik orkestrinin konserti keçirilib. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, konsert proqramına dünya klassik musiqisinə aid əsərlər daxil edilib. Konsertdə Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” əsəri də səsləndirilib.