Bank Of Baku

Muğam Mərkəzində fransalı sənətkarın KORDS layihəsi nümayiş olunacaq

Muğam Mərkəzində fransalı sənətkarın KORDS layihəsi nümayiş olunacaq
# 12 dekabr 2012 08:27 (UTC +04:00)

 

Bakı. Viktoriya Dementyeva - APA. Dekabrın 14-də Muğam Mərkəzində fransalı sənətkarın “KORDS / LE 4.1.7” layihəsi nümayiş olunacaq.

 

APA-nın Fransanın Azərbaycandakı səfirliyinin saytına istinadən xəbərinə görə, “KORDS / LE 4.1.7” layihəsində Pyer Tilua ilk görüşdən onu heyran edən Azərbaycan muğam musiqisi rezonansında Lapsit Exillis Beşinci Simli Kvartetinə yenidən nəzər salır.

 

«Zamandan kənar» musiqi əsəri kimi və plastik rəssamların "installasiyalar" ruhunda yaradılan KORDS layihəsi müasir elektron «underground» hərəkətinə daxildir, eyni zamanda həm xalq, həm də mürəkkəb musiqilərin prinsiplərini birləşdirir və maşınlar vasitəsilə yaranan hər bir şey kimi sənaye istehsalından minimal texnologiyalaradək, «reaggaetons transe»-dan «dubstep»ədək özündə əks etdirir.

 

KORDS layihəsi retro-futurizm stilində yaradılıb, burada gözəllik axtarışına, ahəngə qayıdış xeyrinə şüurlu seçim edərək, qəliz təmtəraqlılıqla “à la Zappa” stilində mexaniki hərarətdə musiqi səslənir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR