Bank Of Baku

Musiqili Komediya Teatrı iş müsabiqəsi elan edib

Musiqili Komediya Teatrı iş müsabiqəsi elan edib
# 30 yanvar 2013 09:25 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Komediya Teatrında qəbul edilir.

Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bununla bağlı bildirib ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi çox vacibdir: “Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, yenicə təmirdən çıxacaq teatrda xüsusi ilə lazımdır. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə düşən həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. Hal-hazırda teatrda kadr çatışmazlığı var və bu boşluğu doldurmaq üçün yeni, istedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaq”.

Bununla yanaşı, Əliqismət Lalayev qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu də bildirib: “Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcək. Artıq teatr 103-cü mövsümünü yaşayır. Rəhbərlik isə bu mövsümdə də yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəsindən istifadə edir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR