Bakı. Xanım Nağıyeva-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrın Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesi əsasında yeni tamaşanın məşqləri keçirilir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçusu rejissoru İradə Gözəlova, rəssamı Nabat Səmədovadır. Tamaşada rəqslərə xalq artisti Təranə Muradova və Qalina Semyonova quruluş verəcək. Teatrın aktyorları əməkdar artistlər Çingiz Əhmədov, Əkbər Əlizadə, həmçinin tanınmış sənətçilər Ələkbər Əliyev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Ruslan Mürsəlov, Gültac Əlili, Nigar Qarayeva və başqalarının iştirak etdiyi tamaşanın premyerası aprel ayı üçün nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı əsas binasında təmir-bərpa işlərinin aparılması ilə əlaqədar, müvəqqəti olaraq Dənizçilərin Mədəniyyət Evində fəaliyyət göstərir.