Bank Of Baku

Opera və Balet Teatrında Novruz Novruzlunun solo konserti keçiriləcək

Opera və Balet Teatrında Novruz Novruzlunun solo konserti keçiriləcək
# 21 fevral 2018 13:34 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Novruz Novruzlunun “Hicaz” qrupu ilə birlikdə konserti keçiriləcək.

 

Novruz Novruzlunun APA-ya verdiyi məlumata görə, martın 18-də keçiriləcək “Uzun, incə bir yoldayam” adlı konsert proqramında müxtəlif illərdə oxunan mahnılarla yanaşı, yeni ifalar da təqdim olunacaq: “Konsertdə təkcə Azərbaycan bəstəkarlarının mahnıları yox, eyni zamanda rus, italyan, hind musiqiləri, təsəvvüf  musiqiləri də səslənəcək”.

 

Konsert saat 19:00-da keçiriləcək. Biletləri mərkəzləşdirilmiş kassalardan, ASAN Xidmətin kassalarından və iticket.az saytından əldə etmək olar.

 

Qeyd edək ki, "Savalan" qrupunun bədii rəhbəri Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsini bitirib.

 

O, hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR