Bakı. Cavid Zeynallı - APA. Özbəkistanın “Soqdiana” Kamera Orkestri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibəti tədbir keçirilib.
Tədbirdə Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev kimi Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.
Konsert proqramında Ü.Hacıbəyovun “Sənsiz”, “Sevgili canan”, “Arşın mal alan”dan Gülçöhrənin, Əsgərin ariyaları, Fikrət Əmirovun Qarabağ - Azərbaycanın incisidir, Şərq melodiyaları ifa olunub.