Bank Of Baku

Reza Deqatinin Parisdə keçirilən “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi başa çatıb

Reza Deqatinin Parisdə keçirilən “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi başa çatıb
# 11 sentyabr 2015 10:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dünya şöhrətli fotoqraf Reza Deqatinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə açılan “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi başa çatıb.

 

APA-nın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, sentyabrın 3-də açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da iştirak etdiyi sərgi son vaxtlar radikalizm və ekstremizm meyllərinin şaxələndiyi dünyada və xüsusilə Avropada multikulturalizm ənənələrinin dərin kök saldığı ölkəni - Azərbaycan amilini yenidən gündəmə gətirib. 

 

R. Deqatinin dünya layihəsi olan “Bəşəriyyətin xəyalları”nın media təqdimatında görkəmli fotoqraf tolerantlıq mövzusuna toxunub. O, layihədə Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkün probleminə geniş yer verib, dözümsüzlüyün hansı problemlərə yol açdığını göstərib. Bir milyon insanın ağır şəraitdə diskriminasiyaya məruz qaldığını fotoların dili ilə dünyaya bəyan edib.

 

Sərgidə Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənəsi tam əhatə olunub. Fotolar həm tarixi məkanları - Azərbaycanın müxtəlif bölgələrindəki həyat tərzini, həm də bu qədim tarixə sahib Azərbaycanın müasirliyini izləyicilərin diqqətinə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR