Bank Of Baku

Rusiya prezidenti azərbaycanlı teatr xadimini “Dostluq” ordeni ilə təltif edib

Rusiya prezidenti azərbaycanlı teatr xadimini “Dostluq” ordeni ilə təltif edib
# 22 fevral 2013 14:02 (UTC +04:00)

 

Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin azərbaycanlı teatr xadimini “Dostluq” ordeni ilə təltif edib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Kremldə keçirilən mükafatlandırma mərasimdə V.Putin Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevə “Dostluq” ordenini təqdim edib.

 

Qeyd edək ki, Ağayev Məmmədəli Hüseyn oğlu 1952-ci ildə Naxçıvan MR-də anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən M.Ağayev 1975-79-cu illərdə Naxçıvan Musiqili Dram Teatrında baş administrator vəzifəsində çalışıb. 1979-81-ci illərdə Moskva Akademik Satira Teatrında stajçı, 1981-84-cü illərdə Qoqol adına Moskva teatrında baş administrator, 1985-92-ci illərdə Moskva Dövlət Uşaq Musiqi Teatrının direktor müavini vəzifəsində çalışan M.Ağayev 1992-ci ildən Moskva Akademik Satira Teatrının direktorudur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR