Bank Of Baku

Sankt-Peterburqun Mixaylovski adına teatrının solistləri Bakıda “Jizel” baletinin tamaşasında çıxış edəcəklər - FOTO

Sankt-Peterburqun Mixaylovski adına teatrının solistləri Bakıda “Jizel” baletinin tamaşasında çıxış edəcəklər - <span style="color: red;">FOTO
# 10 yanvar 2013 12:48 (UTC +04:00)

Bakı. Ülkər Qasımova-APA. Yanvarın 19-da  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcək. Teatrdan APA-ya verilən məlumata görə, tamaşada əsas partiyaları ifa etmək üçün Teatrın rəhbərliyi Sankt-Peterburqun Mixaylovski adına Akademik Opera və Balet Teatrının aparıcı  solistləri, Rusiyanın Əməkdar Artistləri, balet artistlərinin  beynəlxalq müsabiqələrinin laureatı Sabina Yapparova (Jizel) və Andrey Yaxnyuku (Albert) dəvət edilib.  

 

Tamaşanı xalq artsti, professor Cavanşir Cəfərov idarə edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR