Bank Of Baku

Tarık Akan: “Sənət və dünyəvilik baxımından Azərbaycanla Türkiyə müqayisə edilə bilməz, Türkiyə bataqlıqdadır” - FOTO

Tarık Akan: “Sənət və dünyəvilik baxımından Azərbaycanla Türkiyə müqayisə edilə bilməz, Türkiyə bataqlıqdadır” - <span style="color: red;">FOTO
# 24 dekabr 2012 09:45 (UTC +04:00)

İstanbulda keçirilən “Diktaturaya, qorxuya, ədalətsizliyə, sənət düşmənçiliyinə qarşı böyük görüş”də APA-nın suallarını cavablandıran Tarık Akan bildirib ki, Türkiyə hazırda bataqlıqdadır: “Ölkədə dünyəvilik, demokratiya, cümhuriyyət qalmadı, hamısı yox edilir. Ona görə də biz sənətkarlar bir araya gəlib güc birliyi nümayiş etdirməyə çalışırıq. Allahdan Azərbaycanda belə şeylər yoxdur. Azərbaycanın zəngin mədəniyyət ənənəsinin daha da inkişaf etdirildiyini bilirəm”. (Son sözü Azərbaycan türkcəsində deyib gülür).

 

APA-ya açıqlama verən tədbirin təşkilatçılarından biri, müasir Türkiyə poeziyasının ən çox tanınan nümayəndəsi Ataol Bəhramoğlu isə ölkədə sənətin, sənətkarların, yazar və jurnalistlərin, dünyəviliyin və cümhuriyyət dəyərlərinin təhlükə altında olduğunu görərək rejimə qarşı “Rədd edirik” adlı platforma yaratdıqlarını söyləyib.

 

Qeyd edək ki, “Diktaturaya, qorxuya, ədalətsizliyə, sənətə düşmənçiliyə qarşı böyük görüş”də ana müxalifət CHP-nin lideri Kamal Kılıçdaroğlu da iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR