Bank Of Baku

Teatr Muzeyində xalq artisti Yaşar Nurinin anım tədbiri keçiləcək

Teatr Muzeyində xalq artisti Yaşar Nurinin anım tədbiri keçiləcək
# 17 noyabr 2015 12:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artisti Yaşar Nurinin anım tədbiri keçiləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata  görə, anım günündə tədbir iştirakçıları fonda daxil olmuş şəxsi arxiv əşyaları və guşə ilə tanış olacaqlar. Həmçinin qonaqlara aktyorun yaradıcılığını əks etdirən video çarxlar nümayiş etdiriləcək, yaxınları və sənət dostları onunla bağlı xatirələrini söyləyəcəklər.

 

Tədbirdə  Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının əməkdaşları, Bakı teatrlarının rəhbərlikləri, teatr tənqidçiləri, rejissor və aktyorlar, Yaşar Nurinin ailə üzvləri iştirak edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR