Bank Of Baku

Təbrizdə dünyanın ən böyük cədvəl xalçası toxunulub - FOTO

Təbrizdə dünyanın ən böyük cədvəl xalçası toxunulub - <span style="color: red;">FOTO
# 11 mart 2013 12:18 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Təbriz şəhərində dünyanın ən böyük cədvəl xalçası toxunulub. APA-nın İRİB-ə istinadən məlumatına görə, Təbriz Şəhər Bələdiyyəsinin sifarişi ilə toxunmuş xalça 22 kvadrat metr və 3 tondur.

 

Xalçanı 3 mahir xalça ustası birlikdə toxuyub. Onun toxunması üçün 30% ipək və 70% yun sapdan istifadə edilib. 7 metr uzunluğu və 5.20 metr eni olan xalçanın toxunması üçün ümumilikdə 11 milyon ilmə vurulub. Xalçada Azərbaycanın tarixi və böyük şəxsiyyətləri cədvəl şəklində verilib. Bundan əlavə, xalçada İran İslam inqilabının banisi, ayətullah Xomeyni, ölkənin ali dini lideri, ayətullah Əli Xamneyi, Təbrizin məşhur görməli yerləri - Saat qülləsi, Ərk Qalası, Göy Məscid, Elgölü parkı, 400-dən artıq şairin və tanınmış şəxsiyyətin, Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın dəfn olunduğu Şairlər məqbərəsi həkk edilib.

 

Xalçada Əllamə Əbdül Hüseyn Əmini, Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbai, Əllamə Məhəmməd Təqi Cəfəri, Ayətullah Şəhid Mədəni, Ayətullah Şəhid Qazı Təbatəbai, Seyid Əli Ağa Qazı, Ustad Şəhriyar, Pərvin Etisami, Şəhid Mehdi Bakiri, Həsən Şəfizadə, Şeyx Məhəmməd Xiyabani, Siqətül-İslam, Səttarxan, Bağırxan, Cabbar Bağçaban və Mirzə Həsən Rüşdiyənin şəkilləri də yer alıb. Xalça Təbriz xalça muzeyində nümayiş etdirildikdən sonra ictimaiyyətin qarşısına çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR