Bank Of Baku

Tiflisdə “Əli və Nino” əsərinə həsr olunan 2013-cü il təqviminin təqdimatı keçirilib - FOTOSESSİYA

Tiflisdə “Əli və Nino” əsərinə həsr olunan 2013-cü il təqviminin təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 fevral 2013 11:44 (UTC +04:00)

 

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdəki Milli Kitabxanada Gürcüstan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Əli və Nino” əsərinə həsr olunan 2013-cü il təqviminin və gürcü rəssamı Temur Andriaşvilinin əsərlərinin təqdimatı keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqvim Gürcüstanda fəaliyyət göstərən AZEBİ ictimai təşkilatının dəstəyi ilə nəşr edilib.

 

Təqdimat mərasimini AZEBİ-nin icraçı direktoru Qaratel Allahverdiyeva açaraq, “2013-cü il” təqvimini Qurban Səidin “Əli və Nino” əsərinə həsr etdiklərini, bu tədbirin məhz 14 fevral - Sevgililər günü münasibətilə təşkil etdiklərini bildirib. Tədbirdə Gürcüstan Mədəniyyət Nazirliyinin rəsmiləri Roman Çolakaşvili, Xatuna Xundadze, təqvimin rəssamı və sərgisi keçirilən gürcü rəssamı Temur Andriaşvili və başqaları çıxış ediblər. Tədbirdə “Ceyran” folklor ansamblının rəqs kollektivi gürcü və Azərbaycan rəqslərini nümayiş etdirib, gənc gürcü şairləri Nizami Gəncəvi şeirlərini gürcü dilində söyləyiblər.

 

Gürcüstan Mədəniyyət Nazirliyinin xarici əlaqələr departamentinin direktor müavini Xatuna Xundadze APA-ya açıqlamasında bu tədbirin böyük əhəmiyyət daşıdığını bildirib: “Biz azərbaycanlılarla bağlı bir neçə layihə həyata keçirmişik. Mən çox şadam ki, belə tədbirlərdə iştirak edirəm. “Əli və Nino” əbədi məhəbbəti təcəssüm edən məhəbbət romanıdır, bu əsərdə azərbaycanlı və gürcü qızının sevgisindən söhbət açılır. Sevindirici haldır ki, azərbaycanlı və gürcü gənclərin bir-birinə olan sevgisi hələ də davam edir. Hər bir gürcü və azərbaycanlı ailəsi bu təqvimə 12 ay baxacaq. Deməli, “Əli və Nino” mövzusu hər bir ailəyə daxil olacaq. Mən buna sevinirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR