Bank Of Baku

Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru vəfat edib
# 21 yanvar 2017 08:30 (UTC +04:00)

Türkiyənin tanınmış aktyoru Ayberk Atilla vəfat edib.

 

APA-nın “hurriyet.com”a istinadən verdiyi məlumata görə, sənətçi yanvarın 21-də evində ölüb. Aktyor bir müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

1946-cı ildə İstanbulda anadan olan Ayberk Atilla İstanbul Universitetində təhsil alıb. Sənət karyerasına 1967-ci ildə Lalə Oraloğlu Teatrında başlayıb. Müxtəlif illərdə Türkiyənin bir neçə teatrında çalışıb.

 

A. Atilla “Səksənlər”, “Leyli və Məcnun” “Hürrəm Sultan” kimi məşhur seriallarda, o cümlədən “Sən işıldaquş gördün?”, “Orqanize işlər”, “Yuxu kimi” filmlərdə müxtəlif obrazlar yaradıb. Son olaraq, "Kiralıq aşk" teleserialında rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR