Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, sevimli sənətçi Elmira Rəhimova xəstələnib. Sənətkarın oğlunun APA-ya verdiyi məlumata görə, Elmira Rəhimova qrip olub və artıq bir neçə gündür bundan dolayı müalicə alır: “Qızdırması var, bu adi qripdir. İndi Bakının yarıdan çoxu eyni haldadır, anam da elə. Səsi batıb, əsasən yatır və müalicə olunur. Yavaş-yavaş sağalır və güman edirəm ki, yaxın günlərdə daha yaxşı olacaq, səsi də açılacaq”.
Sənətçinin oğlu onu da əlavə edib ki, anasının səhhətinin çox pis olması ilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil: “Səhərdən aramsız telefon zəngləri gəlir. Hətta baş sağlığı vermək dərəcəsində olan zənglər də var. Amma anam sadəcə qrip olub və bu adi haldır”.