Bank Of Baku

Xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb

Xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb
# 24 avqust 2015 06:49 (UTC +04:00)

M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, aktyorun vəziyyəti hazırda qənaətbəxşdir: “Ümumi vəziyyəti normaldır, narahatlıq yaradan səbəb yoxdur. Özü də qalmaq istəmirdi, ona görə bazar günü xəstəxanadan çıxardıq”.

 

N. Maniyeva əlavə edib ki, M. Maniyevin müalicələri ev şəraitində davam edəcək: “Evdə nə lazımdırsa, edəcəyik. Tikişləri hələ sökməyiblər. Ehtiyac olanda həkimlər evə gəlib-gedəcəklər”.

 

Qeyd edək ki, M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir. Avqustun 11-də xalq artistinin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR