Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın xalq artisti Rafiq Hüseynov müayinə üçün növbəti dəfə Türkiyəyə gedəcək.
R. Hüseynovun APA-ya verdiyi məlumata görə, həkimlər ona vaxtaşırı müayinədən keçməyi məsləhət biliblər: “Bu xəstəlik daim nəzarət və müalicə tələb edir, ona görə ehtiyatlı olmaq lazımdır. Müayinələrdən vaxtı-vaxtında keçmək lazımdır ki, qəfil problemlər yaranmasın. Hazırda səhhətimlə bağlı ciddi problemim yoxdur, yəni babatam deyə bilərəm”.
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, ötən il dekabrın 10-da Türkiyədə əməliyyat olunub.