Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın əməkdar artisti Yaqub Zurufçunun Türkiyəyə səfəri başlayır. Bununla bağlı APA-ya məlumat verən müğənni bildirib ki, səfərinin məqsədi orada yeni mahnı yazılışıdır. Y. Zurufçu “Ana” mahnısını Türkiyədə lentə aldıracaq. Sözügedən mahnının bəstəkarı sənətçinin özüdür və mahnı Simfonik Orkestrlə birgə yazılacaq. Y. Zurufçu 4 gün müddətində Türkiyədə olacaq. Gələcəkdə bu mahnıya klip çəkilməsi də nəzərdə tutulur.
Müğənni onu da əlavə edib ki, bu ilin aprel ayında 60 illik yubileyidir. Bu ərəfədə isə yubilyarın solo konsert proqramı ilə çıxışı gözlənilir.