Azərbaycan ərazisində yağmursuz hava şəraiti davam edəcək

Azərbaycan ərazisində yağmursuz hava şəraiti davam edəcək
# 13 noyabr 2008 14:30 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, yaxın üç gün ərzində hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq və zəif külək əsəcək.

Noyabrın 14-ü və 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək, səhər yarımadanın bəzi yerlərində zəif duman müşahidə ediləcək, cənub-qərb küləyi əsəcək. Noyabrın 14-də gecə havanın temperaturu 7-9, gündüz 13-16, noyabrın 15-də gecə 7-10, gündüz 14-17 dərəcə isti qeydə alınacaq.

Eyni hava şəraiti respublikanın rayonlarında da müşahidə ediləcək. Yaxın günlər ərzində yalnız Masallı-Lənkəran zonasının bəzi yerlərində, əsasən, gecə və axşam saatlarında yağış yağacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR