Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 29 may 2014 07:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlər ilə əlaqədar bu gün saat 14:00-dək Bakının Sabunçu rayonunun bir hissəsinə, qaz nəqli sistemində təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar Hacıqabul rayonunun bir hissəsinə, qazpaylayıcı stansiyalarda ölçü qovşaqlarının quraşdırılması, Tovuz şəhərində abadlıq işləri ilə bağlı 200 mm-lik polietilen qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və "Tovuz 2- ci xətt" qaz olçü qovşağından qidalanan əhali və sənaye qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar 18:00-dək Şabran rayonuna və Tovuz rayonunun bir hissəsinə, eləcə də Xətai rayonundakı 11 saylı məktəbin qazlaşdırılması üçün çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 11:00-dan 16:00-dək Xətai rayonunu bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR