Bank Of Baku

Həbsdə olan nəvəsinə çörəyin içində telefon keçirmək istəyən baba saxlanılıb

Həbsdə olan nəvəsinə çörəyin içində telefon keçirmək istəyən baba saxlanılıb
# 09 iyun 2018 10:13 (UTC +04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.



Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sultanov Məcid Qasım oğluna babası Gəncə şəhər sakini Sultanov İdris Hüseyin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd qol saatı fomasında mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.



Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR