Ötən ay Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 10% artıb

Ötən ay Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 10% artıb
# 17 mart 2014 11:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 196,641 mln. manat təşkil edib.

«APA-Economics»in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 38,056 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 148,995 mln. manat, aksizlər üzrə 7,281 mln. manat, yol vergisi üzrə isə 2,308 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR