Azərbaycanda Hepatit A, B və C viruslarının aşkar olunmasında azalma müşahidə olunur

Azərbaycanda Hepatit A, B və C viruslarının aşkar olunmasında azalma müşahidə olunur
# 30 may 2014 14:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda Hepatit A, B və C viruslarının aşkar olunmasında azalma müşahidə olunur.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, 2012-ci ildə bu virus aşkarlanan insanların sayı 665 nəfər idisə, 2013-cü ildə onların sayı 524 nəfər olub.

2012-ci ildə Azərbaycanda 256 nəfərdə Hepatit B, 226 nəfərdə Hepatit A, 183 nəfərdə isə Hepatit C virusuna yeni yoluxma halı aşkarlanıb.

Nazirlikdən bildirilib ki, 2013-cü ildə 223 nəfərdə Azərbaycanda Hepatit B, 150 nəfərdə Hepatit A, 151 nəfərdə Hepatit C virusuna yeni yoluxma halı aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR