Baş prokuror Cəlilabadda vətəndaşların qəbulunu keçirəcək

Baş prokuror Cəlilabadda vətəndaşların qəbulunu keçirəcək
# 02 may 2014 08:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın baş prokuroru Zakir Qaralov mayın 16-da saat 11:00-da Cəlilabad rayon Prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, İmişli və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Cəlilabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR