Baş pediatr: “Azərbaycana yeni gətirilən pnevmokok əleyhinə vaksinlər bütün rayonlara paylanıb”

Baş pediatr: “Azərbaycana yeni gətirilən pnevmokok əleyhinə vaksinlər bütün rayonlara paylanıb”
# 17 dekabr 2013 12:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycana yeni gətirilən pnevmokok əleyhinə vaksinlər bütün rayonlara paylanıb və dekabrın əvvəllərindən tətbiqinə başlanıb. Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev APA-ya açıqlamasında bildirib ki, yeni vaksinlərin tətbiqi planlı peyvəndə daxil edilib və bu əsasən həyata keçirilir. Onun sözlərinə görə, 1 yaşına kimi uşaqlara vurulacaq peyvənd 2, 4 və 6 aylığında uşaqlara tətbiq ediləcək: “Ötən il Azərbaycanda 175 min uşaq doğulub. Onların da 12 aya böldükdə hər ay təxminən 14 mindən çox uşağın dünyaya gəldiyini görmək olar. Bun əsasən də hər 2 aydan bir təxminən 30 minə yaxın uşağa bu peyvənd vurulacaq. Tətbiqinə başlandığı gündən bu günə kimi təxminən 800-dən çox 2 aylıq uşaq peyvənd olunub. Azərbaycana ümumilikdə 171 min dozadan artıq vaksin gətirilib. Ölkədə dərman, peyvənd materialı var və zamanı çatdıqca bütün uşaqlar peyvənd olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR