Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni layihə həyata keçirilir

Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni layihə həyata keçirilir
# 03 iyun 2014 13:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. BMT-nin Uşaq Fondu (UNICEF) və “28 Cinema” Azərbaycanda uşaq hüquqları üzrə səylərini birləşdirib.

UNICEF-dən APA-ya verilən xəbərə görə, burada məqsəd beynəlxalq uşaq günündə uşaq hüquqlarının və uşaqlara qarşı zorakılıq məsələsi haqqında danışmağa başlamanın vacibliyini vurğulamaq üçündür.

Təklif olunan tərəfdaşlığın tərkib hissəsi kimi şirkət filmlərin nümayişindən əvvəl zorakılıqdan əlilliyə kimi müxtəlif mövzulu UNICEF sosial çarxlarını təqdim edəcək, foyedə uşaq hüquqlarına və UNICEF-in ölkədəki fəaliyyətlərinə həsr olunmuş foto sərgi nümayiş olunacaq və bilet satış məntəqəsində UNICEF-in məlumat materiallar I (broşürlar, flayerlər) paylanacaq.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Hereward bildirib ki, təşkilat uşaqlara yardım etmək üçün korporativ sektorun gücünü səfərbər edən ittifaqlar yaratmaq məqsədilə bütün dünyada çoxmilli korporasiyalar və yerli şirkətlərlə sıx əməkdaşlıq edir: “Biz “28 Cinema”nın uşaqlara onların bütün hüquqlarının icra olunduğu parlaq bir gələcək bəxş etmək yolunda gördüyümüz işlərdə uzunmüddətli tərəfdaşımız olacağına ümid edirik”.

“28 Cinema”nın direktoru Elnarə Rəhimova isə qeyd edib ki, bu il ilk dərədir UNICEF-lə tərəfdaşlıq edilir: “Biz kinoteatrımızın UNICEF-in dəstəklədiyi vacib məsələlərlə bağlı önəmli mesajlar yayan mükəmməl bir platforma olacağından əminik. Bütün bunlar bizim sosial cavabdehlik missiyamıza olduqca uyğundur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR