Bakıda güclü külək beşmərtəbəli yaşayış binasının dam örtüyünü qoparıb, sakinlər təhlükə ilə üzləşib

Bakıda güclü külək beşmərtəbəli yaşayış binasının dam örtüyünü qoparıb, sakinlər təhlükə ilə üzləşib
# 30 mart 2014 12:02 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nəsimi rayonunda güclü küləyin əsməsi nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq, binanın sakinlərinə təhlükə yaradıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaranmış təhlükəni aradan qaldırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR