Azərbaycanda hava şəraiti nəticəsində şagirdlərin dərsə davamiyyəti zəifləyən rayonlar açıqlanıb

Azərbaycanda hava şəraiti nəticəsində şagirdlərin dərsə davamiyyəti zəifləyən rayonlar açıqlanıb
# 13 dekabr 2013 15:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi son günlər ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraitinin Azərbaycanın ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyətinə göstərdiyi mənfi təsirləri açıqlayıb. Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, qarlı və şaxtalı hava şəraiti müəyyən mənada şagirdlərin dərsə davamiyyətinə, mənfi təsir göstərir. Belə hallar, əsasən, dağlıq rayonlarda müşahidə olunur.

Bununla belə, dekabrın 12-də dağlıq və dağətəyi rayonlardan alınan məlumatlarda dərsə davamiyyətlə bağlı narahatlıq doğuran vəziyyətin olmadığı bildirilib. Eyni zamanda məlum olub ki, həmin gün Quba və Astara rayonlarının daha çox qar yağan ərazilərindəki məktəblərdə davamiyyət nisbətən zəif olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR