Azərbaycanlı diplomat BMT Baş Məclisinin Üçüncü Komitəsində çıxış edib

Azərbaycanlı diplomat BMT Baş Məclisinin Üçüncü Komitəsində çıxış edib
# 06 noyabr 2013 08:58 (UTC +04:00)

Bakı – APA. Noyabrın 5-də Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayav BMT Baş Məclisinin Üçüncü Komitəsində "İrqçiliyin, irqi ayri-seçkiliyin, ksenofobiya və dözümsüzlüyün aradan qaldırılması" adlı 67-ci gündəlik maddəsinə uyğun olaraq çıxış edib. Daimi nümayəndəlikdən APA-ya verilən məlumata görə, T. Musayev Ermənistanın Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə və tarixi, mədəni, irqi və dini əsasda yürütdüyü nifrət siyasətinə, insanlıq əleyhinə cinayət əməllərinə və bu xüsusda, digər mühüm məqamlara diqqət çəkib. O deyib ki, öz ərazisindən bütün qeyri-erməniləri, xüsusilə azərbaycanlıları qovaraq Ermənistan utanc və ikrah doğuran şəkildə unikal monoetnik dövlətə çevrilib.

Azərbaycan nümayəndəsinin çıxışından sonra Ermənistan nümayəndəsi söz alaraq yalan və iftiralara əl atıb. Prosedur qaydalara uyğun olaraq cavab hüququndan istifadə edən Tofiq Musayev tutarlı dəlillərlə Ermənistanın iddialarının yalan və cəfəngiyat olduğunu nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR