Şamaxının Bağırlı kəndinə su xətti çəkilib - FOTO

Şamaxının Bağırlı kəndinə su xətti çəkilib  - <span style="color: red;">FOTO
# 20 iyul 2013 15:29 (UTC +04:00)

Bakı – APA. Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə rayonun Bağırlı kəndində sayca 6-cı olan “Sabir bulağı”nın açılışı həyata keçirilib.

APA-nın xəbərinə görə, çoxsaylı kənd sakinlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan millət vəkili Elxan Süleymanov Bağırlı kəndində çəkilən su xətti, eləcə də Şamaxıda həyata keçirilən digər layihələr barəsində kənd sakinlərinə ətraflı məlumat verib. Görüşdə kənd sakinlərinin qaldırdığı problemlərin həllinə diqqətlə yanaşdığını deyən millət vəkili məsələnin həlli ilə bağlı müvafiq instansiyalara müraciətlər göndəriləcəyini qeyd edib.

Tədbirdə iştirak edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev millət vəkilinə təşəkkürünü və rayonun problemlərinin həllində göstərdiyi yardıma görə minnətdarlığını bildirib.

Tədbir Şamaxıda keçirilmiş Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin qaliblərinin çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, Bağırlı kəndinə su çəkilişi millət vəkilinin təşəbbüsü ilə 6 ay əvvəl başlayıb və 5 km uzunluğunda boru kəməri çəkilib.

Xüsusi ilə qeyd edək ki, daha öncə, Elxan Süleymanovun dəstəyi ilə 1000 metr məsafədən Şəhriyar qəsəbəsinə, 1500 metr məsafədən Adnalı kəndinə, 3000 metr məsafədən Meysəri kəndinə, 3200 metr məsafədən Göylər kəndinə, 4000 metr məsafədən isə Çarhan kəndinə plastik borularla su xətti çəkilib.

Millət vəkilinin dəstəyi ilə daha 2 kənddə su xəttinin çəkilişi başa çatdırılmaqdadır. Ümumilikdə Şamaxının 17 yaşayış məntəqəsinə su xəttinin çəkilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR