Ağır Cinayətlər Məhkəməsi üzvlərinin sayı iki dəfə artırılır

Ağır Cinayətlər Məhkəməsi üzvlərinin sayı iki dəfə artırılır
# 03 iyun 2014 10:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Ali Məhkəmə tərəfindən təqdim olunmuş, “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, qanun layihəsi barədə Ali Məhkəmənin üzvü Aslan Kəlbalıyev məlumat verib.

Dəyişiklik Ağır Cinayətlər Məhkəməsinin üzvlərinin sayının 6 nəfərdən 12 nəfərə yüksəldilməsini nəzərdə tutur. Qanunun 27-ci maddəsinin də yeni redaksiyada verilməsi təklif edilir. Təklifə əsasən tərkibində 12 və daha çox hakim olan Ağır Cinayətlər Məhkəməsində sədr müavini vəzifəsi təsis ediləcək. Eyni zamanda qanunun 100-cü maddəsinə yeni məzmunda 4-cü hissənin əlavə edilməsi təklif olunur. Bu, hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, onun bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməsini nəzərdə tutur. 106-cı maddəyə təklif olunan 5-ci hissəyə əsasən isə hakimin fəaliyyəti dövründə onun əməkhaqqının məbləği aşağı salına bilməz.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR