Bakı – APA. Londonda ABŞ səfirliyinin yaxınlığındakı bina qismən uçub.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.
Hadisə yerinə xilasedicilər və həkimlər cəlb edilib. Ərazi polis tərəfindən mühasirəyə alınıb. Faktla bağlı araşdırma aparılır.