ATƏT-in milli azlıqlarla üzrə ali komissarı vəzifəsinə yeni təyinat olub

ATƏT-in milli azlıqlarla üzrə ali komissarı vəzifəsinə yeni təyinat olub
# 17 iyul 2013 14:14 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Finlandiyanın parlamentin üzvü və bu ölkənin keçmiş miqrasiya və Avropa işləri üzrə naziri Astrid Tors ATƏT-in milli azlıqlarla üzrə ali komissarı vəzifəsinə təyin olunub. ATƏT-in mətbuat katibliyindən APA-ya daxil olan məlumata görə, A. Tors öz işini avqustun 20-dən icra etməyə başlayacaq və bu vəzifədə keçmiş ali komissar Knut Vollebakı əvəz edəcək.

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara bu təyinatı alqışlayaraq bildirib ki, o A. Torsun bu işində dəstək verməyə hazırdır: “ATƏT-in daxilində olan bu qurum unikaldır, çünki o münaqişələri elə başlanğıc mərhələdə aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Mən, vəzifəni tərk edəcək K. Vollebaka öz mandatını effektiv şəkildə icra etməsinə görə öz təşəkkürlərimi bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR