Somalidə BMT-nin kompleksinə silahlı hücum nəticəsində 22 nəfər ölüb

Somalidə BMT-nin kompleksinə silahlı hücum nəticəsində 22 nəfər ölüb
# 19 iyun 2013 22:10 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ötən gün günorta saatlarında BMT kompleksinin girişi yaxınlığında yük maşını partladılıb. Terrorçular partlayışdan dərhal sonra binaya daxil olub. “Bundan sonra partlayışlarla müşayiət olunan atəşlər açılmağa başlayıb, heyət isə təhlükəsiz yerlərdə gizlənib”, deyə BMT-nin Somaliyə yardım missiyasının rəsmi saytında bildirilir.

Somali rəsmilərinin məlumatına görə, hal-hazırda BMT İnkişaf Proqramının ofisi Afrika Birliyinin və yerli hökumət qüvvələrinin nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR