Səhiyyə naziri: “Azərbaycanda təbii artımın 7,9-dan 12,7-dək yüksəlməsi Avropa ölkələri arasında ən yüksək göstəricidir”

Səhiyyə naziri: “Azərbaycanda təbii artımın 7,9-dan 12,7-dək yüksəlməsi Avropa ölkələri arasında ən yüksək göstəricidir”
# 09 yanvar 2014 23:45 (UTC +04:00)

Bakı-APA. “Həyata keçirilən sosial yönümlü siyasətin nəticələri ötən il tibbi-demoqrafik göstəricilərdə öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxıb, ölüm göstəricisi isə 6-dan 5,9-a düşüb. Təbii artım 7,9-dan 12,7-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir”. APA-nın məlumatına görə, bunu ötən gün Nazirlər Kabinetinin iclasındakı çıxışında Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib

“Bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə müayinələrin həcmi artıb, ilkin aşkarlama və xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Görülmüş tədbirlər sayəsində diabet xəstələrinin həyat keyfiyyəti yüksəlib, bu xəstəlikdən ölüm göstəricisi 2,6 dəfə azalıb”, deyə nazir bildirib.

Talassemiyalı və hemofiliyalı xəstələrin də müalicəsində də müsbət nəticələrin əldə edildiyini bildirən səhiyyə naziri son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə, hemofiliyadan ölüm isə 2 dəfə azaldığını qeyd edib.

Oqtay Şirəliyevin sözlərinə görə, bu xəstəliklərdən əziyyət çəkənlərin təhlükəsiz donor qanı ilə təminatı məsələsi də praktik olaraq həll edilib: “Qan tədarükü 6,8 tondan 30,1 tonadək artıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR