Daha üç Avropa ölkəsi TAP kəmərindən qaz almaq niyyətindədir

Daha üç Avropa ölkəsi TAP kəmərindən qaz almaq niyyətindədir
# 24 oktyabr 2013 13:38 (UTC +04:00)

Artıq bununla bağlı tərəflər təbii qazın hər üç ölkədən keçməsi üçün razılığa gəliblər. Bu dəhlizin tikintisinə 2014-cü ildə başlanılacaq. Yekunda bu dəhlizin Azərbaycanın «Şahdəniz» yatağında hasil olunan qazın Türkiyə vasitəsi ilə Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərinə (TAP) qoşulması nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bunu Xorvatiyanın xarici işlər nazirinin müavini Yoşko Klisoviç bildirib.

Onun sözlərinə görə, bu infrastruktur Şərqi Avropa bazarlarını qazla təchiz etməyə imkan verəcək: «Artıq Ukrayna və Macarıstan yaxın zamanlarda bununla bağlı müqavilə imzalamağa hazırdır».

Y.Klisoviş qeyd edib ki, layihənin Avropa Birliyi və maraqlı olan şirkətlər tərəfindən maliyyələşdiriləcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR