Azərbaycan alimləri laya vurulan quru qazın həcmini iki dəfəyə qədər azaltmağa nail olublar

Azərbaycan alimləri laya vurulan quru qazın həcmini iki dəfəyə qədər azaltmağa nail olublar
# 26 sentyabr 2013 16:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri laya vurulan quru qazın həcminin 2 dəfəyə qədər azaldılmasına nail olub. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, mütəxəssislər qaz-kondensat yataqlarında lay təzyiqini saxlamaq üçün laya qaz və suyun birgə vurulmasını və yatağın kondensat vermə əmsalının artırılmasının mümkünlüyünü irəli sürüb. İnstitutun qaz-kondensat yataqlarının işlənilməsi şöbəsinin rəhbəri, texnika elmləri doktoru, professor Xasay Feyzullayevin sözlərinə görə, bu prosesin “Şahdəniz” yatağında aparılması mümkün ola bilər.

Bu gün mövzuya dair Geologiya İnstitutunda seminar keçirilib. Tədbirdə X. Feyzullayev qeyd edib ki, qaz-kondensat yataqlarında quyu dibi zonanın maksimal kondensasiya təzyiqindən aşağı təzyiqlərdə quru qazla işlənilməsi üsulu daha səmərəlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR