Heydər Əliyev Mərkəzinin binasının yeni fotosesiyası yayımlanıb - FOTOSESSİYA

Heydər Əliyev Mərkəzinin binasının yeni fotosesiyası yayımlanıb - <span style="color: red;">FOTOSESSİYA
# 28 oktyabr 2013 14:06 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası hazırda müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar Zaha Hadiddir.

Heydər Əliyev Mərkəzinin unikal arxitektur quruluşa malik binası Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini təcəssüm etdirir.

Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını ifadə edir.

Layihənin inşaasında düz xətlərdən istifadə olunmayıb.

Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır.

Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.

Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur.

Əsas bina 3 bölmədən ibarətdir: Birinci bölmə Heydər Əliyev Muzeyi, İkinci 9 mərtəbədən ibarət olan Sərgi zalları bölməsidir. Burada sərgi zalları, inzibati ofis, və kafe birləşdirir. Üçüncü bölmə dörd mərtəbədən ibarət olan Audiorium bölməsidir. Burada 2 konfrans zalı (çoxməqsədli zal), görüş və toplantı otaqları, Media mərkəzi yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR