Azərbaycanın Türkiyədəki neft emalı zavodunun layihə idarəetmə məsləhətçiliyini İsveçrə şirkəti həyata keçirəcək

Azərbaycanın Türkiyədəki neft emalı zavodunun layihə idarəetmə məsləhətçiliyini İsveçrə şirkəti həyata keçirəcək
# 13 yanvar 2014 09:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyənin İzmir şəhərindəki Petkim yarımadasında inşa etdiyi «STAR Rafineri A.Ş.» neft emalı zavodunun layihə idarəetmə məsləhətçiliyini İsveçrənin «Foster Wheller» şirkəti həyata keçirəcək.

«APA-Economics»in «Foster Wheller» şirkətinin veb-saytına istinadən verdiyi məlumata görə, «STAR» zavodu «Foster Wheller»in törəmə qurumu olan «Global Engineering and Construction Group» şirkəti ilə müqavilə bağlayıb. «Foster Wheeler» ilə bağlanmış müqavilənin dəyəri barədə məlumat açıqlanmır.

Xatırladaq ki, neftayırma zavodunun ilkin mühəndislik işlərini də «Foster Wheeler» şirkəti reallaşdırıb.

Qeyd edək ki, qlobal mühəndislik və inşaat şirkəti olan «Foster Wheller» bir çox ölkələrdə inşaat, emal avadanlıqlarının quraşdırılması layihələri həyata keçirir. Şirkətin «Global Engineering and Construction Group» törəmə qurumu neft və qaz, maye qaz, neft emalı, kimya və neft-kimya, enerji, mineral və metal, ətraf mühit, dərman, bio-texnologiya və səhiyyə sahələrində müasir təsislərin layihələndirilməsi və inşasını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR