Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı nümayəndə heyətini qəbul edib - FOTO

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı nümayəndə heyətini qəbul edib - <span style="color: red;">FOTO
# 11 dekabr 2013 14:59 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyanın həmsədri Əbdüllətif Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Əbdüllətif Əhməd Əl-Osman iki ölkə arasında iqtisadi fəaliyyətin artımından məmnunluq ifadə edərək, Azərbaycanın bu sahədə apardığı düşünülmüş və ardıcıl siyasəti qeyd edib.

Nazir Elmar Məmmədyarov Əbdüllətif Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirib və sözügedən səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini vurğulayıb. Səfərin hər iki ölkədə investisiya üçün geniş imkanların yaradılmasına xidmət edəcəyini qeyd edib. Həmçinin Elmar Məmmədyarov qonaqlara regional layihələr haqda məlumat verib.

Ermənistan-Azərbaycana münaqişəsi haqda danışan nazir Elmar Məmmədyarov, Ermənistanın işğalçı siyasətinin regionun inkişafına mənfi təsir göstərdiyini vurğulayıb.

Əbdüllətif Əhməd Əl-Osman iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. Həmçinin o, Azərbaycana səfərindən məmnun qaldığını və burada SƏK nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR