İranda daha bir tanınmış azərbaycanlı fəal azadlığa çıxıb - FOTO

İranda daha bir tanınmış azərbaycanlı fəal azadlığa çıxıb - <span style="color: red;">FOTO
# 11 sentyabr 2013 11:39 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda daha bir tanınmış azərbaycanlı fəal azadlığa çıxıb. APA-nın HRAZ-a istinadən məlumatına görə, Əziz Purvəli həbs cəzasını çəkdikdən sonra bu il sentyabrın 10-da Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. 2012-ci ilin dekabrın 12-də həbs edilmiş azərbaycanlı fəal 265 gün məhbəs həyatı yaşayıb.

Qeyd edək ki, Ə.Purvəli 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində verilən iftar mərasimi zamanı Urmiya gölünün qurumasının qarşısının alınması yollarını müzakirə edərkən 28 azərbaycanlı fəalla birlikdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Bir müddət sonra zəmanətlə müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilərək 1 il qəti, 1 il isə şərti həbs cəzasına məhkum edilib. Ə.Purvəlinin bir il şərti həbs cəzası 5 il müddətinə təxirə salınıb. Eyni zamanda azərbaycanlı fəal Yeni GAMOH üzvlərinə dəstək məqsədilə bir müddət aclıq aksiyası da keçirib. Həbsxana rəhbərliyi isə azərbaycanlı fəalı bu addımına görə cəzalandırıb və onu narkomanların, cinayətkarların saxlanıldığı kameraya köçürüb. Bundan başqa, Ə.Purvəliyə ailəsi ilə telefon əlaqəsi saxlamağa və görüşməyə icazə verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR