Roma Papası Azərbaycana, Allahşükür Paşazadə isə Vatikana dəvət olunub - FOTO - VİDEO

Roma Papası Azərbaycana, Allahşükür Paşazadə isə Vatikana dəvət olunub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 04 noyabr 2013 13:27 (UTC +04:00)

APA-nın məlumatına görə, QMİ sədri A. Paşazadə Bakıda səfərdə olan Roma Papasının nümayəndəsi, Vatikanın mədəniyyət naziri, Kardinal Can Franko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bu təklifi səsləndirilib.

“Mən sizinlə ilk dəfədir, görüşürəm, buna görə də Papanın seçilməsi münasibətilə Sizi, Sizin vasitənizlə isə Vatikanı təbrik edirəm. Mən çox arzu edərdim ki, Roma Papası Azərbaycana gəlsin. Mən onu rəsmi olaraq Azərbaycana dəvət edirəm. Yəqin ki, bizim dövlət səviyyəsində də bu dəvət olacaq”, - deyə A. Paşazadə bildirib.

A. Paşazadə özünün də Vatikana getmək arzusunda olduğunu deyib.

Öz növbəsində, Kardinal A. Paşazadəni Vatikana dəvət edib. Kardinal bildirib ki, onlar Şeyxülislamın Vatikana səfər etməsində maraqlıdırlar: “Bu səfər ikitərəfli əlaqələr üçün çox mühümdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR