“Bakıelektrikşəbəkə” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Bakıelektrikşəbəkə” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 11 oktyabr 2013 11:41 (UTC +04:00)

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bayram və istirahət günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi və digər bayram günlərində aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin ediləcək.

Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

Qurum abonentlərdən xahiş edir ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR