Müsavat Divanı bəzi Milli Şura üzvlərinin Milli Şura, Cəmil Həsənli və Müsavat rəhbərliyinə hücumlarını pisləyib

Müsavat Divanı bəzi Milli Şura üzvlərinin Milli Şura, Cəmil Həsənli və Müsavat rəhbərliyinə hücumlarını pisləyib
# 09 sentyabr 2013 15:57 (UTC +04:00)

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda prezidentliyə namizəd Cəmil Həsənlinin imzatoplama kampaniyasının müvəffəqiyyətlə həyata keçirildiyi bildirilib.

Divan bəzi Milli Şura üzvlərinin Milli Şuraya, adıçəkilən qurumun vahid namizədi Cəmil Həsənliyə və Müsavat Partiyasının rəhbərliyinin ünvanına əsassız və qərəzli hücumları pisləyib və bu hərəkətlərin Milli Şuranın nüfuzuna və vahid namizədin uğuruna xələl gətirə biləcəyi üçün yolverilməz olduğu bəyan edib.

Divanda Müsavat Partiyası Gənclər Təşkilatı bir sıra üzvlərinin müraciəti müzakirə olunub. Ümumi yığıncağın seçki nəticələrinin texniki qüsurlara görə Divanın ötən yığıncağında ləğv edilməsi nəzərə alınaraq bu qüsurlara yol vermiş say komissiyasının bütün üzvlərinə xəbərdarlıq edilib, eləcə də partiyanın qərargahında münaqişəyə səbəb olan hərəkətlərə yol verdiyinə görə partiya üzvləri Amid Süleymanov və Orxan Eyyubzadəyə cəza tədbiri kimi xəbərdarlıq edilməsi haqqında qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR