Fikrət Məmmədov Dubay Məhkəmələri Departamentinin baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Fikrət Məmmədov Dubay Məhkəmələri Departamentinin baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
# 17 sentyabr 2013 15:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubay Məhkəmələri Departamentinin baş direktoru Əhməd Səid bin Həziminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən nazir son illər Azərbaycanda ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə görülən genişmiqyaslı islahatlardan danışıb.

Görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqların bölgələrdə yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR