“Nar” “Asan İmza” xidmətinə pulsuz qoşulma ilə bağlı kampaniya keçirir

“Nar” “Asan İmza” xidmətinə pulsuz qoşulma ilə bağlı kampaniya keçirir
# 01 may 2015 13:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanın mobil elektron imza xidməti olan “Asan İmza”ya bu ilin 10-31 may tarixləri ərzində qoşulma ödənişsiz olacaq. Belə ki, hazırda “Asan İmza” xidmətinin aktivləşdirilməsi üçün təyin edilmiş məbləğ 18 AZN təşkil edir və qeyd edilən tarixlərdə “Nar” abunəçiləri mobil operatora müraciət edərək bu məbləği ödəmədən “Asan İmza” xidmətini aktivləşdirə biləcəklər.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, sözügedən kampaniyanın keçirilməsi may ayında ölkə üçün əlamətdar olan mühüm tarixləri – Azərbaycan xalqının Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü və Respublika Gününü qeyd edəcək həmvətənlərimizin bayram ovqatına əlavə sevinc qatmaq məqsədini daşıyır.

Hal-hazırda dövlət strukturlarının təqdim etdiyi elektron xidmətlərin cəmləşdiyi “Elektron Hökumət” portalında 400-dən artıq, ümumilikdə isə ölkə üzrə sayı 500-ü keçmiş elektron xidmətlərdən yararlanmaq üçün “Asan İmza”dan istifadə oluna bilər.

Qarşıdakı dövrlərdə “Asan İmza” ilə mümkün mobil imza xidməti gündəlik həyatın daha çox sahəsinə nüfuz edərək vətəndaşların rahatlığına daha yaxından xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR