“Dünyanın Ən Radio” proqramının Bakıda yayımlanması ilə bağlı mətbuat konfransı keçiriləcək

“Dünyanın Ən Radio” proqramının Bakıda yayımlanması ilə bağlı mətbuat konfransı keçiriləcək
# 18 mart 2015 11:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Dünyanın Ən Radio” proqramının Bakıda yayımlanması ilə bağlı mətbuat konfransı keçiriləcək.

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanın APA-ya verdiyi məlumata görə, canlı yayımlar üçün “TRT Radio”dan texniki heyət və məşhur simalar Bakıya gəliblər.

İTV və TRT FM Martın 19-da Bakı vaxtı ilə saat 21.00-24.00 arası 3 saatlıq canlı yayım reallaşdıracaq.

Təmsilçilikdən bildiriblər ki, mətbuat konfransına Azərbaycanın “Novruz 2015” siması seçilən Elnarə Xəlilova, “Eurovision-2011” yarışmasının birincisi Eldar Qasımov və “Eurovision-2012”nin Azərbaycan təmsilçisi Səbinə Babayeva da dəvətlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR