BMT baş katibi “Washington Post”u təkzib edib

BMT baş katibi “Washington Post”u təkzib edib
# 20 fevral 2013 13:39 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “BMT baş katibi Pan Gi Munun “Washington Post” qəzetinə müsahibəsində dediyi fikir İrana aid olmayıb”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə P.G.Munun sözçüsü Martin Nesirki açıqlama verib.

O bildirib ki, P.G.Mun müsahibədə İranı deyil, Şimali Koreyanı nəzərdə tutub: “BMT baş katibi adından İran haqqında yazılan sözlər doğru deyil. O, İranla bağlı belə bir söz deməyib. P.G..Mun Tehranın nüvə probleminin diplomatiya yolu ilə həllinin tərəfdarıdır”.

“Washington Post” qəzeti P.G.Munun dilindən yazıb ki, İran müzakirələrdən istifadə etməklə nüvə silahı istehsal etdiyini gizlədə bilər. İranın xarici işlər naziri Əli Əkbər Salehi bu fikrə etiraz edərək, BMT baş katibini qərəzsiz olmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR