BMT: Yəməndə 1 milyona yaxın insan öz evlərini tərk etmək məcburiyyətində qalıb

BMT: Yəməndə 1 milyona yaxın insan öz evlərini tərk etmək məcburiyyətində qalıb
# 05 iyun 2015 23:11 (UTC +04:00)

Bakı – APA. Yəməndə davam edən münaqişə nəticəsində 1 milyona yaxın insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, martın ortalarından başlayan münaqişə nəticəsində 148 uşaq ölüb, 290-ı yaralanıb. “Hazırda Yəməndə 20 milyonadək insanın müxtəlif növ humanitar yardıma ehtiyacı var”, deyə S.Düjarrik bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR