“Azerbaijan breakfast” milli səhər yeməyi kompleksi layihəsinin təqdimatı keçirilib

“Azerbaijan breakfast” milli səhər yeməyi kompleksi layihəsinin təqdimatı keçirilib
# 08 iyun 2015 12:38 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, “Azerbaijan breakfast” səhər yeməyi kompleksinə daxil edilmiş milli kulinariya məhsulları təqdim edilib, Azərbaycanın mətbəx ənənələrinin xüsusiyyətləri, layihənin məqsədləri və tətbiqi qaydaları haqqında geniş məlumat verilib.

Layihə Azərbaycanın milli mətbəxinin, xüsusilə səhər yeməyi ənənələrinin beynəlxalq və milli səviyyədə təbliğ edilməsi, gələcəkdə onun tətbiqi prosesinə nəzarətin təmin edilməsi və təhriflərə, mənimsəmələrə yol verilməməsi məqsədilə hazırlanıb, Müəllif Hüquqları Agentliyində müvafiq qaydada qeydiyyatdan keçirilib və layihə üzərində Mədəniyyət və Turizm Nazirliyinin müstəsna hüquqları tanınıb.

Bununla yanaşı, layihənin tətbiqinə ümumi nəzarət edilməsi və onun yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən layihənin tətbiqinə dair müvafiq qaydalar tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR